Elektron Xidmətlər
 
 
Qazax rayonu Qarapapaq kəndində müvəqqəti məskunlaşmış Aşağı Əskipara kəndindən olan məcburi köçkünlərin məşğulluğunun artırılması üçün Aşağı Əskipara kəndinə 35 hektar torpaq sahəsinin Qarapapaq bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

Azerbaijan Gerb


N324 Bakı şəhəri, 25 oktyabr 2007-ci il
  1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2003 –cü il 13 yanvar tarixli 843 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasına əsasən Qazax rayonunun Qarapapaq kəndində məskunlaşmış Aşağı Əskipara kəndindən olan məcburi köçkünlərin və yerli əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması Aşağı Əskipara kəndinin 35,0 hektar əkin) torpaq sahəsinin Qarapapaq bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə həmin bələdiyyənin Qazax Rayon İcra hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
     
  2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə
 
 
idpsCopyright © 2008
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az