THE EMPLOYMENT PROBLEM

Dövlət Proqramının 2.12 və 2.20-ci bəndləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində qaçqın və məcburi köçkünlərin məşğulluğunun gücləndirilməsi, onların işlə təmin olunması, müasir peşələr üzrə hazırlıq kurslarına, müvəqqəti xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunması sahəsində müəyyən işlər görülür. Belə ki, 2003-cü ilin oktyabr ayından 2008-ci ilin dekabr  ayınadək 8125 nəfər qaçqın və məcburi köçkün münasib işlə təmin olunmuş, 2467 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, 1116 nəfər qaçqın və məcburi köçkün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 1012 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.


  Əməkqabiliyyətli məcburi köçkünlərin
məşğulluğunun təmin olanması ilə bağlı


M Ə L U M A T

 
Əməkqabiliyyətli məcburi köçkünlərin sayı - 292771 nəfər
Məsğulluğu təmin olunmuş məcburi köçkünlərin sayı - 277174 nəfər
Onlardan:
-büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunmuş məcburi köçkünlərin sayı - 104124 nəfər
-kənd yerlərində torpaq sahəsi və məşğulluğu təmin olunmuş  məcburi  köçkünlərin sayı - 173050 nəfər
o cümlədən:
- heyvandarlıqda - 43255 nəfər
- taxılçılıqda - 17800 nəfər
- pambıqçılıqda - 8473 nəfər
- tərəvəzçilikdə - 19384 nəfər
- üzümçülük, bağçılıq, tütünçülük və s. - 8350 nəfər
-xidmət təşkilatlarında (çayxana, yeməkxana, mağaza) və fərdi qaydada müxtəlif sahələrdə işləyənlərin sayı - 49869 nəfər
- mövsümü işlərdə işləyənlərin sayı - 25769 nəfər
- arıçılıqla - 150 nəfər

Oktyabr 2003-cü ildən 2008-ci il dekabr  ayınadək
məşğulluğu təmin olunmuş məcburi köçkünlərin  sayı


 
Yeni qəsəbələrdə məşğulluğu təmin olunmuş köçkünlərin sayı - 45325 nəfər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işə düzələnlərin sayı - 8125 nəfər
2008-ci ilin 9 ayı ərzində müxtəlif sahələrdə məşğulluğu təmin olunmuş məcburi köçkünlərin sayı - 11263 nəfər
Mövsümü işlərdə işləyənlərin sayı - 7936 nəfər
Cəmi: - 72647 nəfər
 
 
idpsCopyright © 2008
AZƏRBAYCAN RESPUBLİKASININ
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
The address of committee: Baku, Tbilisi Ave., 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az