ANA SƏHIFƏ
SAYTDA AXTARIŞ
Saytda axtarışı həyata keçirmək ücün lazımi sözü yazıb axtar düyməsini basın.
QANUNVERİCİLİK
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
Azərbaycan Respublikasının Qanunu
ardı
 
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu
ardı
 
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlər haqqında

Sərəncamları
ardı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlər haqqında

Qərarları
ardı
 
AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN
MƏCBURI KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
azeri    english     russian 
tarixi məlumat problemlər qanunlar fotogalereya
haqqımızda layihələr və partnyorlar qaynar xətt
Nazirlər Kabinetinin qərar və sərəncamları
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №15 (22 yanvar 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №56 (4 aprel 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №182 (19 noyabr 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №189 (28 noyabr 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №21 (13 fevral 2003-cü il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №132 (22 may 2006-cü il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №15

    Bakı şəhəri, 22 yanvar 2002-ci il

    Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının təsdiq edilməsi barədə

    "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 5-ci bəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:1. "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri
    A.Rasi-zadə


    Azərbaycan Respublikası
    Nazirlər Kabinetinin
    2002-ci il 22 yanvar tarixli
    15 nömrəli qərarı ilə
    təsdiq edilmişdir

    Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi
    QAYDASI

    Bu Qayda Azərbaycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 5-ci bəndinin üçüncü abzasına uyğun olaraq hazırlanmışdır və məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi mexanizmini müəyyənləşdirir.1. Məskunlaşmamış qaçqın və məcburi köçkünlərin Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə müəyyən olunmuş aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olduqda onlara həmin müavinətlərdən yalnız biri - ən yüksəyi ödənilir.2. Bu Qaydanın birinci bəndi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə), xidmət təşkilatları, müavinət alanlar və pensiya təyin edən orqanlar arasında hər 6 ayda bir dəfə ödəniş sənədlərinin qarşılıqlı üzləşdirilməsi aparılır. Aparılan hesablaşmalarla müavinətlərdən bir neçəsini almaq hüququ olan məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması üçün nəzərdə tutulan məbləğlər pensiya təyin edən orqanlar tərəfindən müavinət alanların (şəhid ailəsi üzvləri, Çernobıl qəzası əlilləri, 20 Yanvar əlilləri, sosial pensiyaçılar, birinci və ikinci qrupp əlillər (müharibə əlilləri və onlara bərabər tutulanlardan bşqa), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) şəxsi hesablarından azaldılaraq Komitəyə köçürülür.3. Məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri (nümayəndəsi olmayan rayon (şəhər) üzrə Komitənin aidiyyəti şöbəsi) ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydada əlavə olunmuş forma əsasında tərtib edirlər.Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğ hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir.4. Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir.5. İstehlakçıların istifadə etdikləri kommunal və digər xidmət haqları bu Qaydanın 4-cü bəndinə əsasən onların həcmi və dəyəri barədə təqdim olunmuş müvafiq maliyyə-mühasibat sənədlərinə uyğun olaraq Komitə tərəfindən mərkəzləşmiş qaydada xəzinədarlıq vasitəsilə aşağıdakı kimi ödənilir:- elektrik enercisindən istifadə haqqı - "Azərenerci", "Bakıelektrikşəbəkə", "Gəncəelektrikşəbəkə", "Sumqayıtelektrikşəbəkə", "Əlibayramlıelektrikşəbəkə" səhmdar cəmiyyətlərinə və Naxçıvan Energetika İdarəsinə;- sudan istifadə haqqı - xidmət idarələrinə, o cümlədən Abşeron Regional Səhmdar Su Cəmiyyətinə, rayon (şəhər) su təsərrüfatı idarələrinə;- təbii qaza görə istifadə haqqı - "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə;- telefondan istifadə haqqı - (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) Rabitə Nazirliyinə;

    - digər xidmətlər (məişət tullantılarının daşınması və s.) üzrə - müvafiq xidmət təşkilatlarına.

    6. Kommunal xidməti təşkilatları elektrik enercisi (adambaşına ayda 150 kvt. s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir.

    7. Bu Qayda ilə müəyyən olunur ki, istehlakçıların dəqiq siyahılarının tərtib edilməsinə və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləğinin düzgün hesablanmasına görə məsuliyyəti bilavasitə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayon (şəhər), əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin, xidmət təşkilatlarının və Komitənin aidiyyəti məsul şəxsləri daşıyır.Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasına əlavəTəsdiq edirəm:Dövlətqaçqınkomun sədriTəsdiq edirəm:________________________ rayon (şəhər) İcra Hakimiyyətinin başçısı________________________ soyadı, adı və atasının adı________rayonu (şəhəri) üzrə ____________________rayon (şəhər) məcburi
                                                 (ərazisi işğal olunmuş rayon (şəhər), ölkəköçkünlərinin (məskunlaşmamış qaçqınların) _______________ 200___-ci il tarixə olan vəziyyətə adlı SİYAHISI Sıra №-siSoyadı, adı və atasının adıRayon (şəhər) işğal olunandan əvvəl və ya tərk etdiyi ölkədə yaşadığı ünvanHazırda faktiki məskunlaşdığı ünvanŞəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsiStatusu ("məcburi köçkün", "məskunlaşmamış qaçqın")Əlavə müavinət almaq hüququna dair məlumat (şəhid ailəsinin üzvü, müharibə əlili və s.)İstifadə edilən xidmətin növləri (elektrik eknercisi, qaz, su təchizatı və s.)İstifadəsində olan telefonun nömrəsiFaktiki məskunlaşdığı ravyon (şəhər) İcra Hakimiyyətinin məsul nümayəndəsi ________________________________ - soyadı, adı, atasının adıDövlətqaçqınkomun __________ rayon (şəhər) nümayəndəsi______________________ soyadı, adı, atasının adıƏrazisi işğal olunmuş rayonun (şəhərin) səlahiyyətli nümayəndəsi______________________ soyadı, adı, atasının adıXidmət təşkilatlarının ______________ rayon (şəhər) üzrə məsul nümayəndələri:______________________ soyadı, adı, atasının adı, vəzifəsi


    Qanunlar | AR Nazirlər Kabinetinin Qərarları | AR Prezidentinin Sərəncamları
    AR Konstitusiyası | Beynəlxalq sənədlər
    Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
    Tel/fax: (99412) 430 09 21, 430 09 25
    Elektron ünvan: info@refugee.gov.az
    tarixi məlumat | problemlər | qanunlar | haqqımızda | layihələr və partnyorlar | qaynar xətt
    Azərbaycan Respublikasi Qaçqınların və
    Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
    2005 design by TIDConsulting LTD ©2005