Bakı şəhəri, 4 aprel 2002-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 dekabr tarixli 184 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydası"nın 3-cü bəndində "ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş" sözləri "hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 20 avqust tarixli 139 nömrəli qərarının 3-cü bəndinin ikinci abzası çıxarılsın.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasi-zadə