ANA SƏHIFƏ
SAYTDA AXTARIŞ
Saytda axtarışı həyata keçirmək ücün lazımi sözü yazıb axtar düyməsini basın.
QANUNVERİCİLİK
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
Azərbaycan Respublikasının Qanunu
ardı
 
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu
ardı
 
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlər haqqında

Sərəncamları
ardı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlər haqqında

Qərarları
ardı
 
AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN
MƏCBURI KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
azeri    english     russian 
tarixi məlumat problemlər qanunlar fotogalereya
haqqımızda layihələr və partnyorlar qaynar xətt
Nazirlər Kabinetinin qərar və sərəncamları
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №15 (22 yanvar 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №56 (4 aprel 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №182 (19 noyabr 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №189 (28 noyabr 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №21 (13 fevral 2003-cü il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №132 (22 may 2006-cü il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №182

    Bakı şəhəri, 19 noyabr 2002-ci il

    Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının məbləğinin müəyyən olunması və onun ayrılması Qaydasının təsdiq edilməsi haqqında

    Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli Fərmanının 2-ci bəndinin 3-cü abzasının və "biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanının 5-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

    1. Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının məbləği hər ailəyə 1(bir) milyon manat olmaqla müəyyən edilsin.

    2. "Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbəlrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının ayrılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

    3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Dövlət Neft Fondu bu qərarın icrasındanq irəli gələn məsələləri həll etsin.

    4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri
    A.Rasi-zadə


    Azərbaycan Respublikası
    Nazirlər Kabinetinin
    2002-ci il 19 noyabr tarixli
    182 nömrəli qərarı ilə
    təsdiq edilmişdir.

    Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının ayrılması
    QAYDASI

    1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin "Azərbaysan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli Fərmanının 2-ci bəndinin 3-cü abzasına və "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanının 5-ci bəndinə əsasən hazırlanmışdır və Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının ayrılması mexnizmini müəyyənləşdirir.

    2. Yuxarıda göstərilən Fərmanlara əsasən torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımının verilməsi məqsədi ilə vəsait həmin Fərmanlara uyğun olaraq ayrılmış məbləğ daxilində Dövlət Neft Fondunun 2002-2003-cü illər üzrə təsdiq edilmiş büdcəsinin müvafiq xərc maddəsində nəzərdə tutulur və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra Dövlətqaçqınkom) xəzinədarlıqda olan xüsusi hesabına köçürülür.

    3. Aidiyyəti rayon icra hakimiyyəti orqanları yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımı verilməsi məqsədilə həmin məcburi köçkün ailələrinin ailə başçıları göstərilməklə təsdiq edilmiş adlı siyahısını 1 ay müddətində Dövlətqaçqınkoma təqdim edirlər.

    4. Biləsuvar, Ağdam və Füzuli rayonlarının ərazisində yeni salınan qəsəbələrdə torpaq sahələri ayrılan məcburi köçkün ailələrinə kənd təsərrüfatı işləri ilə məşğulo olmaları üçün birdəfəlik əvəzsiz maliyyə yardımı bu məqsədlə təqdim edilmiş adlı siyahılara əsasən Dövlətqaçqınkom tərəfindən Birləşmiş Universal Səhmdar Bankının yerli filialları vasitəsilə, Dövlətqaçqınkomun və aidiyyəti rayon icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə həmin məcburi köçkün ailələrinə ödənilir.


    Qanunlar | AR Nazirlər Kabinetinin Qərarları | AR Prezidentinin Sərəncamları
    AR Konstitusiyası | Beynəlxalq sənədlər
    Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
    Tel/fax: (99412) 430 09 21, 430 09 25
    Elektron ünvan: info@refugee.gov.az
    tarixi məlumat | problemlər | qanunlar | haqqımızda | layihələr və partnyorlar | qaynar xətt
    Azərbaycan Respublikasi Qaçqınların və
    Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
    2005 design by TIDConsulting LTD ©2005