Bakı şəhəri, 28 noyabr 2002-ci il
Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında
"Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust tarixli 779 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə aşağıda qeyd olunan mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsini təmin etsin:
- dövlət büdcəsində "Kiçik sahibkarlığa investisiya yardımı" o cümlədən "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi" üçün nəzərdə tutulan vəsait;
- dövlət büdcəsində "Fermer təsərrüfatlarına kredit güzəştləri fondu" üçün nəzərdə tutulan vəsait;
- dövlət büdcəsində "Fermer təsərrüfatlarına kredit güzəştləri fondu" üçün nəzərdə tutulan vəsait;
- məşğulluq tədbirlərinin maliyyələşdirilməsi çərçivəsində yeni iş yerlərinin yaradılması ilə bağlı xərclər;
- dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulan hissəsi.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:
- "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu vəsaitlərinin formalaşması və bölüşdürülməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 fevral tarixli 61 nömrəli qərarı;
- "Dövlət büdcəsinin "Kiçik sahibkarlığa investisiya yardımı" maddəsində nəzərdə tutulan vəsaitin bölüşdürülməsi və istifadəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 sentyabr tarixli 110 nömrəli qərarı;
- Dövlət büdcəsinin "Kiçik sahibkarlığa investisiya yardımı" maddəsində nəzərdə tutulan vəsaitin bölüşdürülməsi və istifadəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 sentyabr tarixli 110 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il il 8 iyun tarixli 123 nömrəli qərarı;
- Dövlət büdcəsinin "Fermer təsərrüfatlarına kredit güzəştləri fondu" maddəsində nəzərdə tutulan vəsaitin bölüşdürülməsi və istifadəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 3 nömrəli qərar;
- "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi Qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli 204 nömrəli qərarı.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasi-zadə