ANA SƏHIFƏ
SAYTDA AXTARIŞ
Saytda axtarışı həyata keçirmək ücün lazımi sözü yazıb axtar düyməsini basın.
QANUNVERİCİLİK
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
Azərbaycan Respublikasının Qanunu
ardı
 
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu
ardı
 
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlər haqqında

Sərəncamları
ardı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlər haqqında

Qərarları
ardı
 
AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN
MƏCBURI KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
azeri    english     russian 
tarixi məlumat problemlər qanunlar fotogalereya
haqqımızda layihələr və partnyorlar qaynar xətt
Nazirlər Kabinetinin qərar və sərəncamları
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №15 (22 yanvar 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №56 (4 aprel 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №182 (19 noyabr 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №189 (28 noyabr 2002-ci il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №21 (13 fevral 2003-cü il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №132 (22 may 2006-cü il)
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar №21

    Bakı şəhəri, 13 fevral 2003-cü il

    Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əmək haqqı verilməsi müddətinin uzadılması haqqında

    Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əmək haqqı verilməsi müddətinin uzadılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

    1. "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerlərindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci bəndinin müddəti 2004-cü il yanvarın 1-dək uzadılsın.

    2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayaraq iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin siyahılarını dəqiqləşdirərək onların işlə təmin olunması barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş forma üzrə hər rübdə həmin nazirliyə təqdim etsinlər.

    3. Büdcədən maliyyələşdirilən müssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları ərazilər üzrə orta aylıq əmək haqqının verilməsi əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən təqdim olunmuş siyahılar əsasında Birləşmiş Universal Səhmdar Bankı vasitəsilə həyata keçirilsin.

    4. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya, elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbələrinə həvalə edilsin.

    5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri
    A.Rasi-zadə


    Qanunlar | AR Nazirlər Kabinetinin Qərarları | AR Prezidentinin Sərəncamları
    AR Konstitusiyası | Beynəlxalq sənədlər
    Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
    Tel/fax: (99412) 430 09 21, 430 09 25
    Elektron ünvan: info@refugee.gov.az
    tarixi məlumat | problemlər | qanunlar | haqqımızda | layihələr və partnyorlar | qaynar xətt
    Azərbaycan Respublikasi Qaçqınların və
    Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
    2005 design by TIDConsulting LTD ©2005