Bakı şəhəri, 22 may 2006-ci il
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilalatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə 2006-cı ildə orta aylıq əmək haqqı verilməsi haqqında
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilalatlarda çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsinin təmin olunmasının və onlara orta aylıq əmək haqqı verilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:
1.“Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilalatlarda çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 182 nöömrəli qərarının 2-ci bəndinin müddəti 2006-ci il dekabrın 30-dək uzadılsın.
2.Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, digər aidiyyatı dövlət orqanları və əraziləri işğal olunmuş rayonların İcra Hakimiyyətləri:
büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilalatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra heç bir yerdə işləməyən məcburi köçkünlərin dəqiqləşdirilmiş siyahılarını bir ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsinlər;
nəzərdə tututan orta aylıq əmək haqqının dəqiqləşdirilmiş siyahılar əsasında məcburi köçkünlərə verilməsini təmin etsinlər;
Azərbaycan Respubılikasının Əmək və Əhalinin Soisial Müdafiəsi Nazirliyi ilə birlikdə pensiya yaşına çatmayan məcburi köçkünlərin müvafiq işlə təmin olunmasının başa çatdırılması üçün konkret tədbirlər görsünlər və bu sahədə görülmüş işlər barədə hesabatı Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsinlər.
3. Nəzərə alınsın ki, işğaldan sonraki dövrdə Respublikanın ayrı-ayrı regionlarında müvəqqəti məskunlaşmış və işlə ətəmin olunmuş məcburi köçkünə öz ərzəsi ilə işdən çıxdıqda, həmçinin öz ixtisası üzrə ona təklif olunan və əmək haqqı bu qərarın birinci bəndinə əsasən müəyyən edilmiş əmək haqqından aşağı olmayan işdən imtina etdikdə, orta aylıq əmək haqqının verilməsi dayandırılır.
4. Azərbaycan Respubılikasının Əmək və Əhalinin Soisial Müdafiəsi Nazirliyi Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilalatlarda çalışmış; özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin 2007-ci il yanvarın 1-dən başlayaraq “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının qanunda nəzərdə tutulmuş dövlət yardımı ilə əhatə olunması üçün tədbirlər həyata keçirsin.
5. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova həvalə edilsin.
6. Bu qərar 2006-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasi-zadə