Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasi haqqında Əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
1995-ci il 9 mart tarixli 164 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir.
I. Ümumi müddəalar
1.1 Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublilka Komissiyası (bundan sonra “Komissiya” adlandırılacaqdır) Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 144 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
Komissiya xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycan Respublikasına daxil olan humanitar yardımın qəbul edilməsi, uçotun aparılması, saxlanılması, bölüşdürülməsi və bu sahədə zəruri olan digər işlərin təşkil edilməsi məqsədi ilə yaradılmışdır.
1.2 Komissiya öz vəzifələrinin həyata keçirilmiəsi barəsində mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə hesabat verir.
1.3 Komissiya Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hüquqi şəxsdir.
1.4 Komissiya bank idarələrinə milli və xarici valyutada hesablaşma və digər hesaba, Dövlət gerbinin və öz adının təsviri olan dairəvi möhürə, habelə künc ştampına və blanka malikdir.
1.5 Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Ali Sovetinin digər qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
- adambaşına düşən müvafiq humanitar yardım normalarının müəyyən edilməsi və həmin normaların təsdiq edilməsi barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər verir, həmin normalara müvafiq humanitar yardımın bölüşdürülməsinə nəzarəti təşkil edir;
- Azərbaycan Respublikasına humanitar və texniki yardımın gətirilməsi və həmin yardımın respublikanın ayrı-ayrı bölgələrinə təyinatı üzrə çatdırılması üçün nəqledilmə məsələlərinə dair müvafiq dövlət orqanlarına təkliflər verir və bu məsələlərin həllində iştirak edir;
- Yerlərdə humanitar yardımın bölüşdürülməsi və təyinatı üzrə çatdırılması ilə bilavasitə məşğul olacaq dövlət orqanlarını (təşkilatlarını) müəyyən edir, bu sahədə onların fəaliyyətinə nəzarət edir;
- Komissiyanın səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinə baxılmaq və onlar tərəfindən müvafiq qərarlar qəbul edilmək üçün təkliflər hazırlayıb təqdim edir;
- Yardımların itkisiz daşınmasını və anbarlarda saxlanmasını müvafiq dövlət orqanları ilə birlikdə təşkil edir;
- Azərbaycan Respublikasına daxil olmuş beynəlxalq humanitar yardımın qəbul olunması, uçotun aparılması, saxlanılması və bölüşdürükməsi qaydaları, habelə texniki yardımdan istifadə edilməsi barəsində təkliflər işləyib hazırlayır və Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edir;
- Azərbaycan Respublikası nazirliklərin və digər dövlət idarəetmə orqanlarının ünvanına daxil olmuş humanitar və texniki yardımın qəbul edilməsində, saxlanılmasında, uçotunun aparılmasında, bölüşdürülməsində müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti həyata keçirir.
II. Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasının əsas vəzifələri və funksiyaları
2.1 Komisiyanın əsas vəzifələri aşağıdakılardır: - Azərbaycan Respublikasına xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan daxil olan bütün humanitar və texniki yardım barəsində məlumatın toplanmasının, həmin yardımın qəbul olunmasının, uçotun aparılmasının, saxlanılmasının və bölüşdürülməsinin, habelə təyinatı üzrə çatdırılmasının təşkil edilməsi
- Humanitar və texniki yartdımın qəbul edilməsi, uçotun aparılması, saxlanılması, bölüşdürülməsi və təyinatı üzrə çatdırlmasının təşkil edilməsi;
- Humanitar və texniki yardımın qəbul edilməsi, uçotun aparılması, saxlanılması, bölüşdürülməsi və təyinatı üzrə çatdırılmasına dair təkliflərin işlənib hazırlanması və müvafiq səlahiyyətləri dövlət orqanlarına təkliflərin təqdim edilməsi;
- Humanitar və texniki yardımın qəbul edilməsi, uçotun aparılması, saxlanılması və bölüşdürülməsi, habelə təyinatı üzrə çatdırılması sahələrində nəzarətinhəyata keçirilməsi;
- Humanitar və texniki yardımın göstərilməsi sahəsində müvafiq dövlət orqanlarının və ictimai tə.kilatların fəaliyyətinin əlaqələndirilməsi.
2.2. Komissiya öz vəzifələrini yerinə yetimək üçün aşağıdakı funksiyaları həyata keçirir:
- Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində humanitar və texniki yardıma olan tələbatı müəyyənləşdirir, bu tələbatın ödənilməsi üçün səlahiyyətli dövlət orqanları və ictimai təşkilatlarla lazımi tədbirləri həyata keçirir;
- Azərbaycan Respublikasına daxil olan humanitar yardımın istehlakçılar üçün təhlükəsiz olmasını, habelə Azərbaycan Respublikasının qüvvədə olan sanitar qanunvericiliyinə və insan üçün beynəlxalq təhlükəsizlik tələblrinə uyğun olmasını müvafiq dövlət orqanları ilə birlikdə təmin edir;
- Komissiya humanitar və texniki yardımın istifadə edilməsi ilə bağlı ayrı-ayrı nazirliklərdən, dövlət komitələrindən, konsern və şirkətlərdən, şəhər və rayon icra hakimiyyəti orqanlarından məlumatlar alır, onları təhlil edir və müvafiq tədbirlərin görülməsi barəsində Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər verir;
- Kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq Komissiyanın fəaliyyəti barəsində əhaliyə məlumatlar verir;
- Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlara lazımi kömək göstərir;
- Qaçqınların və məcburi köçkünlərin yığcam yaşadıqları çadır və qurma evlərdən ibarət olan şəhərciklərin beynəlxalq humanitar təşkilatlar tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin olunması işinə kömək göstərir və bu təşkilatlarla daim əlaqə saxlayır;
- Xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan yardım (ianə) kimi qaçqınların, məcburi köçkünlərin və aztəminatlı vətəndaşların vəziyyətinin yaxşılaşdırılması, habelə Komissiyanın digər vəzifələrinin həyata keçirilməsi məqsədi ilə daxil olmuş maliyyə vəsaitlərinin mərkəzləşdirilmiş qaydada toplanmasını təşkil edir və təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;
- Azərbaycan Respublikasına daxil olan humanitar və texniki yardımın uçotunu təşkil edir və aparır;
III. Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublikası Komissiyasının hüquqları həyata keçirir:
- müvafiq qərarların qəbul edilməsi barəsində təkliflər işləyib hazırlamaq və Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etmək;
- xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan yardım (ianə) kimi qaçqınların, köçkünlərin və aztəminatlı vətəndaşların vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə daxil olan maliyyə vəsaitlərini Azərbaycan Respublikasının Milli Bankında və Azərbaycan Respublikasının Beynəlxalq Bankında öz hesablarında saxlamaq, həmin vəsaitlərin ayrılması barəsində təkliflərə baxmaq və müvafiq sərəncamlar vermək, habelə onların xərclənməsinə nəzarət etmək;
- Humanitar və texniki yardımla bağlı məsələlərin həllində hüquq pozuntuları aşkar edildikdə onların aradan qaldırılması barəsində müvafiq tədbirlərin görülməsi haqqında səlahiyyətli dövlət orqanlarına müraciətlər etmək;
- Səlahiyyətlərinə aid məsələlərlə bağlı ictimai təşkilatlarla əlaqələr yaratmaq və həyata keçirdiyi tədbirlərdə iştirak etmək üçün onları cəlb etmək;
- Humanitar və texniki yardımın göstərilməsi problemlərini öyrənilməsi və onların həlli üzrə təkliflərin işlənib hazırlanması üçün işçi və ekspert qrupları yaratmaq və bu məqsədlə alim və mütəxəssisləri cəlb etmək ;
- Xarici ölkələrin humanitar təşkilatları, habelə beynəlxalq humanitar təşkilatlarla səlahiyyətlərinə aid məslələlərə dair əlaqələr yaratmaq;
- Səlahiyyətlərinə aid məsələlərə dair Komissiyanın işçi qrupuna müvafiq tapşırıqlar vermək;
- Səlahiyyətlərinə aid məsələlərə dair müvafiq nazirlik və digər mərkəzi dövlət idarəetmə orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə müəssisə, idarə və təşkilatların rəhbərlərinin məlumatlarını dinləmək, onlardan lazımi materialları almaq;
- Humanitar və texniki yardımın göstərilməsi sahəsində səlahiyyətlərinə aid məsələlərə dair icrası nazirlik və digər mərkəzi idarəetmə orqanları, yerli icra hakimiyyəti orqanları, habelə müəssisə, idarə və təşkilatlar üçün məcburi olan qərarlar qəbul etmək və onların həyata keçirilməsinə nəzarət etmək;
- Beynəlxalq humanitar təşkilatların respublikaya yardımı ilə bağlı tədbir və proqramlar Komissiyaya təqdim edildikdə onları nəzərdən keçirmək və lazım gəldikdə müvafiq təkliflər vermək;
- Respublikanın gömrük məntəqələrindən keçmiş humanitar və texniki yardım barəsində Azərbaycan Respublikası Gömrük Komitəsindən məlumat almaq;
- Azərbaycan Respublikası ərazisində xaricdən daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, nəql edilməsi, saxlanması, hafizəsi, bölüşdürülməsi qaydalarının müəyyən edilməsi barəsində səlahiyyətli dövlət orqanlarına təkliflər vermək, həmin qaydalara riayət edilməsinə nəzarət etmək.
IV. Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasının işinin təşkili
4.1. Komissiyanın fəaliyyəti onun iclaslarının keçirilməsi yolu həyata keçirilir
Komissiyanın iclasları, bir qayda olaraq, ayda 1 dəfədən az olmayaraq çağıralır.
4.2. Komissiyanın iclasları komissiyanın sədri tərəfindən çağırılır.
4.3. Komissiyanın iclaslarında onun üzvlərindən başqa komissiyanın sədri tərəfindən dəvət olunan nazirliklərin və digər mərkəzi idarəetmə orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimai birliklərin nümayəndəlikləri və digər şəxslər iştirak edə bilərlər.
4.4. Komissiyanın iclasları onun tərkibinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
Komissiyanın qərarları onun iclaslarında iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul edili.
4.5. Komissiyanın fəaliyyəti onun təsdiq etdiyi iş planları əsasında aparılır.
4.6. Komissiyanın qərarı ilə onun üzvləri arasında iş bölgüsü aparılır.
4.7. Komissiya öz iclaslarında onun səlahiyyətinə aid məsələləri müzakirə edir, məruzələr (məlumatlar) dinləyir və müvafiq qərarlar qəbul edir.
4.8. Komissiyanın qərarları iclas protokolları ilə rəsmiləşdirilir və iclas protokollarından çıxarışlar şəklində müvafiq orqanlara çatdırılır.
4.9. Komissiyanın fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun işçi aparatı – işçi qrupu yaradılır.
Komissiyanın sədri onun işçi qrupunun fəaliyyətinə rəhbərlik edir.
4.10. Komissyanın işçi qrupu:
- komissiyanın iclaslarının gündəliyini, qəbul ediləcək qərar layihələrini hazırlayır, habelə qəbul edilmiş qərarların həyata keçirilməsinə nəzarət edir;
- Azərbaycan Respublikasında humanitar və texniki yardım sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların müvafiq dövlət orqanları ilə birgə işlərinin aparılmasını əlaqələndirir;
- Azərbaycan Respublikasına daxil olmuş humanitar və texniki yardımın uçotunu aparır;
- müvafiq dövlət orqanları ilə, ictimai birliklərlə, havelə beynəlxalq humanitar və texniki yardım göstərən təşkilatlarla Komissiyanın işgüzar əlaqələrini saxlayır, onlardan Komissiyanın fəaliyyəti ilə bağlı materiallar alır, onları təhlil edir, lazımi arayışlar və digər materiallar hazırlayıb Komissiyaya təqdim edir;
Azərbaycan Respublikası Gömrük Komitəsi və digər əlaqəli dövlət orqanları, habelə ictimai birliklərin vasitəsi ilə respublikaya daxil olan humanitar və texniki yardım barəsində məlumatlar alır;
- yerli icra hakimiyyəti orqanlarında humanitar yardım sahəsində aparılan işlərin vəziyyətini öyrənir, bu işlərin təşkilinə lazımi köməklik göstərir, aşkar edilmiş nöqsanlar barəsində Komissiyaya məlumat verir;
- Komissiyanın tapşırığına əsasən Azərbaycan Respublikasına daxil olan humanitar və texniki yardım barəsində kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar verir;
- Komissiyanın hesabında olan vəsaitdən istifadə olunmasının istiqamətləri barədə Komissiyaya təkliflər verir;
- Komissiyanın tapşırıqlarına əsasən onun səlahiyyətlərinə aid məsələlərin həyata keçirilməsinə nəzarət edir;
4.11. Komissiyanın işçi qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin strukturunda aşağıdakı tərkibdə fəaliyyət göstərir.
- işçi qrupunun rəhbəri – 1
- işçi qrupu rəhbərin müavini – 1
- böyük referent – 3
- referent – 2
4.12. Komissiyanın işçi qrupunun əməkdaşları Komissiyanın sədrinin təqdimatına əsasən Baş nazirin sərəncamı ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilirlər.
Komissiyanın işçi qrupunun maliyyə və digər təminat məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi tərəfindən həll edilir.