ana səhifə
SAYTDA AXTARIŞ
Saytda axtarışı həyata keçirmək ücün lazımi sözü yazıb axtar düyməsini basın.
QANUNVERİCİLİK
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
Azərbaycan Respublikasının Qanunu
ardı
 
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu
ardı
 
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlər haqqında

Sərəncamları
ardı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlər haqqında

Qərarları
ardı
 
AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN
MƏCBURI KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
azeri    english     russian 
tarixi məlumat problemlər qanunlar fotogalereya
haqqımızda layihələr və partnyorlar qaynar xətt
AR Prezidentinin Fərman və Sərəncamları
  • Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı
  • Azərbacan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında
  • Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı
  • Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyası haqqında
  • Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında
  • Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyası Haqqında Əsasnamə
  • Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının bəzi məsələləri haqqında
  • Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin Həlli üzrə Dövlət Proqramının hazırlanması haqqında
  • "Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında
  • AR Prezidentinin Sərəncamı
    Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əlavələr edilməsi haqqında

    Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nda nəzərdə tutulmuş işlər uğurla icra edilir.

    Ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkün ailələri üçün 47 qəsəbə salınmışdır. Həmin qəsəbələrdə 100-dən artıq məktəb, onlarla xəstəxana, mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Yeni salınmış qəsəbələrdə 70 min nəfər qaçqın və məcburi köçkün soydaşımız məskunlaşmışdır.

    Son dörd il ərzində 12 çadır düşərgəsindən 9-u artıq ləğv edilmişdir. Proqrama əsasən qalan 3 çadır düşərgəsində və dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 19 min insan cari ilin sonunadək yeni tikiləcək qəsəbələrə köçürüləcək və bununla da Azərbaycanda çadır düşərgəsi qalmayacaqdır.

    Eyni zamanda, məcburi köçkünlərin böyük bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır, təhsil, səhiyyə, məşğulluq və başqa problemlərlə üzləşirlər.

    Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həll olunması məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əlavələr təsdiq edilsin (əlavə olunur).

    2. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Sərəncamla nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsünlər.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    3.1. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş əlavələrin icra edilməsi ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.

    3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    4.Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

    İlham Əliyev,
    Azərbaycan Respublikası Prezidenti.

    Bakı şəhəri, «31» oktyabr 2007-ci il, N-2475.

    Qanunlar | AR Nazirlər Kabinetinin Qərarları | AR Prezidentinin Sərəncamları
    AR Konstitusiyası | Beynəlxalq sənədlər
    Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
    Tel/fax: (99412) 430 09 21, 430 09 25
    Elektron ünvan: info@refugees-idps-committee.gov.az
    tarixi məlumat | problemlər | qanunlar | haqqımızda | layihələr və partnyorlar | qaynar xətt
    Azərbaycan Respublikasi Qaçqınların və
    Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
    2005 design by TIDConsulting LTD ©2005