ana səhifə
SAYTDA AXTARIŞ
Saytda axtarışı həyata keçirmək ücün lazımi sözü yazıb axtar düyməsini basın.
QANUNVERİCİLİK
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
Azərbaycan Respublikasının Qanunu
ardı
 
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu
ardı
 
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlər haqqında

Sərəncamları
ardı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlər haqqında

Qərarları
ardı
 
AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN
MƏCBURI KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
azeri    english     russian 
tarixi məlumat problemlər qanunlar fotogalereya
haqqımızda layihələr və partnyorlar qaynar xətt
Kiminlə əməkdaşlıq edirik
Prezidentin qayğısı
  • Azərbaycan Respublikası Prezidentinin qayğısı
  • Beynəlxalq təşkilatlar
  • Dövlət sektoru və beynəlxalq təşkilatlar
  • Beynəlxalq humanitar və yerli təşkilatlar

    Azərbaycan Respublikası Prezidentinin qayğısı

    Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan, iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə də bağlı geniş tədbirlərin həyata keçirilməsinə başlanıldı. Azərbaycan Respublikası Prezidentinin (prezidenti Heydər Əliyevin)2001-ci il 22 avqust tarixli 562 nömrəli, 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli və 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına əsasən Dövlət Neft Fondundan ayrılmış 359 milyard manat vəsait hesabına ümumi sahəsi 392 min kv.metr olan 6410 fərdi yaşayış evi ilə yanaşı 3150 yerlik 18 məktəb, 16 tibb məntəqəsi, 18 uşaq bağçası, 13 hamam, 75 çarpayılıq xəstəxana, 195 km. uzunluğunda qəsəbələrdaxili və xarici yollar, 188 km. uzunluğunda xarici və daxili içməli su xətləri, 350 km. elektrik hava xətləri, 133 km. irriqasiya su kəməri, 10 klub-icma mərkəzi, 11 rabitə evi və digər həyat üçün vacib olan sosial obyektlər tikilib istifadəyə verilmişdir.

    Nəticədə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edilmiş, 1329 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırılmışdır.

    Yeni salınmış qəsəbələrdə 6000-dən çox iş yerləri yaradılmış, 5 mindən çoxu ayrılmış torpaq sahələrində, 1000 nəfəri isə büdcə təşkilatlarında çalışır.

    Yeni qəsəbələrə köçürülmüş məcburi köçkünlərə Nazirlər Kabinetinin 2002-ci il 19 noyabr tarixli 182 nömrəli qərarı ilə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün müəyyən edilmiş miqdarda əvəzsiz maliyyə yardımı verilir.

    1993-cü ildə məcburi köçkünlərin aylıq yemək xərcləri üçün verilən müavinətin adambaşına miqdarı 500 manat olmuş, bu rəqəm son 12 ildə 90 dəfə artırılmış və Azərbaycan Respublikası Prezidentinin 2006-cü il 19 dekabr tarixli Sərəncamına əsasən isə 2007-ci il yanvarın 1-dən etibarən 45 min manat (9 YAM) müəyyən edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasının tətbiq edilməsi barədə” qərarına əsasən məcburi köçkünlərin istifadə etdikləri kommunal və digər xidmət haqları mərkəzləşmiş qaydada birbaşa müvafiq xidmət təşkilatlarına vaxtlı-vaxtında ödənilir. Təbii qazla təmin olunmayan şəhər və rayonlarda müvəqqəti məskunlaşmış 90 min məcburi köçkün ailəsinə payız-qış mövsümündə verilən (hər ailəyə ayda 30 litr) ağ neft yanacağının aylıq norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq 2005-ci ildən 40 litr miqdarında müəyyən edilmişdir.

    Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış 13,9 min nəfər məcburi köçkünə orta aylıq əmək haqqı ödənilməsi davam etdirilir.

    Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli 204 nömrəli “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq 2001-2002-ci illərdə büdcədən ayrılmış 2 milyard manat vəsait hesabına 1000 nəfərdən çox məcburi köçkünə kənd təsərrüfatı ilə məşğul olmaq üçün güzəştli kredit verilmişdir.

    Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri üzrə təşkil edilmiş 90 min şagirdi olan və 12 min müəllimin çalışdığı 699 ümumtəhsil məktəbinin, 4300 işçisi olan 169 səhiyyə və 1350 mədəniyyət müəssisənin normal fəaliyyətinin təmin olunması məqsədi ilə müntəzəm olaraq müvafiq tədbirlər görülür.

    Məcburi köçkünlərin sağlamlığının qorunması məqsədi ilə Səhiyyə Nazirliyi, beynəlxalq humanitar təşkilatlar vasitəsilə xüsusilə sıx məskunlaşma yerlərində yaradılmış səhiyyə ocaqlarında, yaxud səyyar tibbi heyətlər vasitəsilə vaxtaşırı olaraq onların müayinə və müalicəsi həyata keçirilir.

    Prezidentin problemə münasibəti

    Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın bütün qayğıları, problemləri xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan dövlətinin gündəlik probleminə çevrilmişdir. Bu bir həqiqət idi ki, bütün həyatının Azərbaycana və xalqımıza həsr edən ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev xalqın tələbiylə hakimiyyətə qayıtdıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləriylə keçirdiyi 200-dən artıq, 80 ölkənin dövlət başçıları ilə isə 500-dən çox görüşlərində, beynəlxalq və yerli qurumların tədbirlərində bu problemə toxunaraq, onu ölkədə bir nömrəli problem adlandırmışdı. Məhz ulu öndərin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əks mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərarlar – BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edildi. Eyni zamanda ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirildi, həmçinin, ABŞ konqresinin müstəqil Azərbaycana yardım göstərilməsinin qadağan edən ədalətsiz 907-ci düzəlişinin icrası dayandırıldı. 1998-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi.

    1999-cu ildə ölkə prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Məhz bu proqram və orada nəzərdə tutulmuş geniş tədbirlər ölkəmizdəki qaçqın və məcburi köçkülərə daim dövlət qayğısının bir daha əyani təsdiqidir.

    Ümumilikdə Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulmuşdur.

    Cənab İlham Əliyev 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşündə demişdi: «Ölkədə mövcud olan çadır düşərgələri tezliklə ləğv olunacaq və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcəkdir».

    Ötən 3 ilə nəzər salsaq görərik ki, çadır düşərgələrinin ləğvi dövlətin prioritet məsələsi olmuşdur.

    Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamına və yeni Dövlət Proqramına uyğun olaraq Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılmış, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin edilmişdir.

    Qeyd etmək lazımdır ki, cənab İlham Əliyev 2006-cı il matrın 1-də Ağdam rayonuna səfəri zamanı orada məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə tikinti işlərinin gedişi ilə tanış olmuş, Quzanlı İdman Kompleksinin təməlqoyma mərasimində və «Bənövşələr» qəsəbəsinin açılışında iştirak və çıxış etmişdir.

    Ağdam və Ağcabədi rayonlaroında yeni salınmış qəsəbələrdə ümumi sahəsi 190632 kv.metr olan 3860 yaşayış evi ilə yanaşı 15 məktəb binası, 5 uşaq bağçası, 1 xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 hamam, 10 inzibati binan, 1 yanğın postu tikinmiş, 113,8 km yol, 139,2 km su xətti, 43,2 km qapalı irriqasiya sistemi, 211,9 km elektrik hava xətti çəkilmiş, 124 artezian quyusu qazılmışdır. Burada inşaat işlərinə respublikanın 30-dan artıq şəhər və rayonundan təxminən 20 min nəfər cəlb olunmuşdur.

    Bundan başqa Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün yaşayış evləri tikilib istifadəyə verilmiş, Saatlı rayonunda Yunanıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən «Contractors İnternational Company» (CCİC) şirkətinin vəsaiti hesabına salınmış 100 ailəlik qəsəbəyə məcburi köçkünlərin köçürülməsi təmin edilmişdir.

    Ümumiyyətlə, 2001-2006-cı illərdə Dövlət Neft Fondundan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yeni qəsəbələrin salınması məqsədi ilə ayrılmış vəsait hesabına 10371 ev, ümumi yaşayış sahəsi 598300 kv.metr olan 45 qəsəbə, 5184 yerlik 33 məktəb, 3 musiqi məktəbi, 751 yerlik 23 uşaq bağçası, 3 xəstəxana, 25 feldşer-mama məntəqəsi, 18 klub icma mərkəzi, 18 rabitə evi, 29 hamam, 24 inzibati bina, 5 yanğın postu, 72 su anbarı (50-2000 kub metr), 9 yarımstansiya tikilmiş, 5400 ha. iriqasiya sistemi, 317 km. yol, 301 km. su xətti, 566 km. elektrik hava xətti çəkilmiş, 111 artezian quyusu qazılmış, 295 müxtəlif transformator quraşdırılmışdır.

    Ümumiyyətlə, 2001-2007-cи illərdə Dövlət Neft Fondundan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yeni qəsəbələrin salınması məqsədi ilə ayrılmış 360,4 milion manat vəsait hesabına 15713 ev, ümumi yaşayış sahəsi 838,5 min kv.metr olan 49 qəsəbə, 106 məktəb, 4 musiqi məktəbi, 1276 yerlik 34 uşaq bağçası, 4 xəstəxana, 37 feldşer-mama məntəqəsi, 29 klub-icma mərkəzi, 30 rabitə evi, 31 hamam, 36 inzibati bina, 7 yanğın postu,103 su anbarı (50-2000 kub metr), 11 yarımstansiya tikilmiş, 9883,0 ha iriqasiya sistemi,465 km yol, 540 km su xətti, 808,7 km elektrik hava xətti çəkilmiş, 128artezian quyusu qazılmış, 402 müxtəlif transformator quraşdırılmışdır. O cümlədən Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşdırılması üçün respublikanın müxtəlif şəhər və rayonlarının ərazilərində 1330 ev tikilərək onların istifadəsinə verilmişdir. Yeni qəsəbələrə köçürülmüş məcburi köçkünlərə Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün müəyyən edilmiş miqdarda əvəzsiz maliyyə yardımı verilir.
    Görülən tədbirlər nəticəsində Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən 2003-cü ildə Biləsuvar rayonu ərazisindəki 5-i, 2006-cı ildə isə Bərdə və Ağcabədi rayonlarındakı 4-ü ləğv edilmişdir. Saatlı və Sabiradbad rayonları ərazisindəki qalan 3 çadır düşərgəsinin ləğvi üzrə hazırda müvafiq işlər aparılır.

    Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki «Qərənfil» sanatoriyasında müvəqqəti məskunlaşmış 39 məcburi köçkün ailəsi üçün 2006-cı ilin oktyabrında Abşeron rayonunun Mehdiabad qəsəbəsində fərdi evlər tikilərək istifadəyə verilmişdir.

    Bakı şəhəri , Əzizbəyov rayonu ərazisindəki «Zuğulba» sanatoriyasında müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün Sabunçu rayonu, Ramana qəsəbəsində salınmış yeni qəsəbənin 2007-ci il 4 may tarixdə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak və çıxış etmişdir.

    Həmçinin Yeni Dövlət Proqramına uyğun olaraq Xocalı rayonundan olan 500 ailə üçün Goranboy rayonu ərazisində, Xocavənd rayonundan olan 500 ailə üçün isə Beyləqan rayonu ərazisində yeni qəsəbələrin salınması məqsədi ilə müvafiq torpaq sahələri ayrılmışdır. Hazırda həmin qəsəbələrin tikintisinin maliyyələşdirilməsi məsələsinə baxılır.

    Azərbaycan Respubliikasının Prezidenti İ.Əliyev yüksək səviyyəli beynəlxalq və ölkədə keçirilən tədbirlərdəki çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə vurğulayıb ki, Azərbaycanın bir qarış torpağı belə heç kimə bağışlanmayacaq. Sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir.

    Cənab İlham Əliyev 2003-2007-cı illər ərzində bu münaqişənin həlli ilə əlaqədar Ermənistan Respublikasının Prezidenti ilə 8, ATƏT-in həmsədrləri ilə 22, xarici ölkələrə 78 səfəri zamanı müxtəlif ölkələrin dövlət rəhbərləri ilə çoxsaylı görüşlər keçirmişdir.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yanında 2007-ci il 4 sentyabr tarixdə bütün aidiyyatı nazirlik, komitə və şirkət rəhbərlərinin iştirakı ilə qaçqınların və məcbur köçkünlərin problemlərinə həsr olunmuş müşavirə keçirilmişdir.


    Dövlət orqanları tərəfindən göstərilən yardımlar

    Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli və 2004-cü il 1 iyul tarixli sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarına uyğun olaraq məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlara 84 nazirlik, komitə, şirkət, konsern və digər mərkəzi təşkilatlar təhkim edilmişdir.

    1998-2005-ci illər ərzində bu dövlət orqanları tərəfindən məcburi köçkünlərə 55,1 mlrd. manat həcmində ərzaq, maddi və s. yardım göstərilmişdir.

    «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» 1998-ci il 17 sentyabr tarixli və «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə» 2004-cü il 1 iyul tarixli dövlət proqramlarına uyğun olaraq respublikanın şəhər və rayonlarına təhkim olunmuş mərkəzi təşkilatlar tərəfindən göstərilən yardımlar haqqında

    Məlumat (27 iyul 2007-ci ilə uyğun)

      malumat.pdf (download, 183kb)


  • Kiminlə əməkdaşlıq edirik | Bizimlə necə əməkdaşlıq etmək olar | Bizim planlar
    Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
    Tel/fax: (99412) 430 09 21, 430 09 25
    Elektron ünvan: info@refugees-idps-committee.gov.az
    tarixi məlumat | problemlər | qanunlar | haqqımızda | layihələr və partnyorlar | qaynar xətt
    Azərbaycan Respublikasi Qaçqınların və
    Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
    2005 design by TIDConsulting LTD ©2005