ana səhifə
SAYTDA AXTARIŞ
Saytda axtarışı həyata keçirmək ücün lazımi sözü yazıb axtar düyməsini basın.
QANUNVERİCİLİK
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
Azərbaycan Respublikasının Qanunu
ardı
 
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu
ardı
 
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlər haqqında

Sərəncamları
ardı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlər haqqında

Qərarları
ardı
 
AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN
MƏCBURI KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
azeri    english     russian 
tarixi məlumat problemlər qanunlar fotogalereya
haqqımızda layihələr və partnyorlar qaynar xətt
Kiminlə əməkdaşlıq edirik
Dövlət sektoru və beynəlxalq təşkilatlar
  • Azərbaycan Respublikası Prezidentinin qayğısı
  • Beynəlxalq təşkilatlar
  • Dövlət sektoru və beynəlxalq təşkilatlar
  • Beynəlxalq humanitar və yerli təşkilatlar

    Azərbaycan Respublikasında beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi haqqında qısa
    Məlumat

    Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 144 nömrəli Sərəncamı ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılmışdır.

    Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı”na əsasən ölkədəki beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyəti Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilməklə Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsi vasitəsilə həyata keçirilir.

    Həmin Komissiyanın sədri Baş nazirin müavini cənab Əli Həsənovdur.

    Komissiya həmin təşkilatların dövlət qeydiyyatına alınması, viza, vergi və s. məsələlərinin, bir milyondan çox qaçqın və məcburi köçkünlərin, o cümlədən aztəminatlı əhalinin həyat səviyyəsinin yaşılaşdırılması, sosial problemlərinin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları ilə birlikdə təhlillər və müzakirələr aparılmasını, prioritetlərin müəyyənləşdirilməsini, onların həlli ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edir.

    Eyni zamanda həmin kateqoriyalardan olan əhalinin ərzaq, qeyri-ərzaq malları, sığınacaqla təmin olunması, səhiyyə, təhsil, mikro-maliyyə, özlərini saxlamaq üçün gəlir əldə edilməsilə bağlı iş yerlərinin yaradılması, onların arasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə uzunmüddətli, davamlı iqtisadi, sosial və demokratik, vətəndaş cəmiyyətinin inkişafını təmin etməyə yönəlmiş layihələrin icra edilməsini koordinasiya edir.

    Həmçinin infrastrukturun normal vəziyyətə salınması, icma inkişafı layihələrinin istiqamətləndirilməsi, ölkəyə daxil olan humanitar yüklərin vergi və rüsumlara cəlb olunmadan, xidmət haqqı ödənilmədən rəsmiləşdirilməsi, təyinatı üzrə çatdırılması, işğaldan azad olunmuş ərazilərdə evlərin bərpası və qəsəbələrin salınması, repatriasiya, reabilitasiya, inkişaf layihələrinin yerinə yetirilməsi və s. məsələləri vahid mərkəzdən Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər İdman və Turizm Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Milli Bank, Beynəlxalq Bank, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Statistika Komitəsi, Bərpa Agentliyi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, şəhər və rayon icra hakimiyyətləri, digər aidiyyəti dövlət və bələdiyyə orqanları ilə əlaqləndirir.

    Komissiya tərəfindən yuxarıda göstərilən problemlərin həlli, inkişaf proqramları və nəzərdə tutulan digər layihələrlə bağlı məsələlər vaxtaşırı olaraq xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq maliyyə qurumlarının, donor ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq maliyyə qurumlarının, donor ölkələrin, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının rəhbərləri və nümayəndələri ilə ətraflı müzakirə edilərək müvafiq qərarlar qəbul edilir.

    Azərbaycanda fəaliyyət göstərən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr və ərazilər əvvəlcədən Komissiya və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq həyata keçirilir, nəzərdə tutulan layihələr həmin təşkilatların rəhbərləri ilə keçirilən görüşlərdə, aylıq iclaslarda, həmçinin seminar-müşavirələrdə əvvəlcədən ətraflı təhlil edilir, görüləcək perspektiv işlər müəyyənləşdirilir.

    Beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları öz fəaliyyətləri barədə hər rübün və ilin sonunda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına müvafiq formalara uyğun hesabat təqdim edirlər.

    “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 dekabr tarixli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 iyun tarixli 250 nömrəli Fərmanına əsasən fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə onların təsis etdikləri inkişaf təşkilatları (işəgötürənlər) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əmək haqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqının ödəməkdən azad edilirlər (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası müddətində).

    Qeyd: Bütün bu işlərin vahid mərkəzdən əlaqələndirilməsi məqsədilə bu sahədə olan müraciətlərin Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənovun adına ünvanlanması məqsədə müvafiqdir.

    Azərbaycan Respublikası Nazirlər
    Kabineti Aparatının Qaçqınların,
    Məcburi köçkünlərin problemləri,
    miqrasiya və beynəlxalq
    təşkilatlarla iş şöbəsi

    Ünvan: Bakı, AZ1066, Lermantov küçəsi, 68
    Əlaqə telefonları: (99 412) 492 22 57, 492 55 29
    Fax: (99 412) 492 07 06
    Email: G.Sadigov@cabmin.gov.az



    AR Prezidentinin fərmanlarına əsasən yeni salınmış qəsəbələr

    Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından məcburi köçkün düşmüş və çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2001-ci il 07 sentyabr tarixli 577 nömrəli fərmanına əsasən Füzuli rayonu ərazisində 2021 mənzildən ibarət 10 qəsəbə inşa edilmiş və müvəqqəti olaraq məcburi köçkün ailələrinin istifadəsinə verilmişdir. Eyni zamanda respublika Prezidentinin “Biləsuvar rayonu ərazisində yerləşən 5 çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanı ilə 2560 mənzildən ibarət 6 qəsəbə tikilərək müvəqqəti yaşamaq üçün məcburi köçkün ailələrinin istifadəsinə verilmişdir. Habelə, Azərbaycan Respublikasının qaçqın və məcburi köçkünlərin məskunlaşması, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar 2001-ci il 22 avqust tarixli 562 nömrəli “Erməni millətçilərinin apardıqları etnik təmizlənmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşdırılması probleminin həll haqqında” fərmanına əsasən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 156 mənzildən ibarət 1 qəsəbə inşa olunmuş və qaçqınların istifadəsinə verilmişdir.

    Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) arasında Bakı şəhərində imzalanan 2002-ci il 22 oktyabr tarixli Razılaşma Memorandiumuna əsasən Yaponiyanın Yoxsulluğun Azaldılması Fondunun (YYAF) qrantı hesabına Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən “Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə yardım” lahiyəsi çərçivəsində Mingəçevir şəhərində Kür Olimpiya Avarçəkmə Bazasında 4, 8, 11, 18 nömrəli məktəblərin binalarında və ətrafında tikintisi yarımçıq qalmış mehmanxana binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 412 ailəlik 1 qəsəbənin (texniki infrastruktur obyektləri ilə birlikdə) inşası baça çatdırılaraq 2004-cü ildə istifadəəyə verilmişdir. O cümlədən, Qubadlı 11, Laçın 6, Füzuli 7, Xocavənd 4, Ağdam 254, Xocalı 49, Şuşa 41, Kəlbəcər 25, Cəbrayıl 15 ailə.

    Beləliklə, 2001-2007-ci illər ərzində qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün 15713 mənzildən ibarət 49 yeni qəsəbə tikilərək müvəqqəti istifadəyə verilmişdir.

    Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmana əsasən sifarişçi təşkilat kimi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 364 evdən, Şəmkir rayonunda 126 evdən, Yevlax şəhərində 65 evdən, Abşeron rayonu Mehdiabad qəsəbəsində 108 evdən, Sabunçu rayonu Ramana qəsəbəsində 160 evdən ibarət qəsəbələr salınmış, Naxçıvan MR-də 4 mərtəbəli 48 mənzilli yaşayış binası və 53 ədəd fərdi ev, Sumqayıt şəhərində 2 mərtəbəli 14 mənzilli yaşayış binası və 2 fərdi ev, Ağstafa rayonunda 17 fərdi ev, İsmayıllı rayonunda 45 fərdi ev, Bakı şəhərində 3, Oğuz rayonunda 3, Şəki şəhərində 2 və Gədəbəy rayonunda 1 fərdi ev (ümumilikdə 1011 ev - 949 fərdi və 62 mənzilli 2 yaşayış binası) tikilmiş, qaçqınlar yeni qəsəbələrə və evlərə köçürülmüşlər.

    Hazırda Naxçıvan Muxtar Respublikasında əlavə 100 qaçqın ailəsi üçün evlər tikilir.

    1995-ci ildən respublikanın 18 rayonunda tikintisi yarımçıq qalmış 319 evdə tikinti işləri sona yetirilərək qaçqınların istifadəsinə verilmişdir.

    Həmçinin Ermənistandan qaçqın düşmüş, oradakı ev və mənzillərini Bakı şəhərindəki özbaşına tikilmiş evlərə dəyişərək daimi məskunlaşmış 793 nəfərdən ibarət 170 qaçqın ailəsinin yaşadığı evlərə qeydiyyata alınması, 24385 nəfərdən ibarət 3823 ailənin daimi məskunlaşdıqları evlər üçün qeydiyyat vəsiqəsinin verilməsi, 1988-1992-ci illərdə Ermənistandan çıxarılan, hazırda respublikamızın ərazisində daimi məskunlaşmış qaçqınların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təmin edilmişdir.

    2001-ci il 7 sentyabr tarixli 577 nömrəli «Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında» Fərmana əsasən Dövlət Neft Fondundan ayrılmış 84 milyard manat həcmində vəsaitlə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Ağdam rayonunda 500 ailəlik 4, Füzuli rayonunda isə 800 ailəlik 4 qəsəbənin tikintisi 2003-cü ilin noyabr ayında başa çatdırılmış, Dövlət Komissiyası tərəfindən qəbul edilərək məcburi köçkünlərin köçürülməsi həyata keçirilmişdir:

  • Kiminlə əməkdaşlıq edirik | Bizimlə necə əməkdaşlıq etmək olar | Bizim planlar
    Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
    Tel/fax: (99412) 430 09 21, 430 09 25
    Elektron ünvan: info@refugees-idps-committee.gov.az
    tarixi məlumat | problemlər | qanunlar | haqqımızda | layihələr və partnyorlar | qaynar xətt
    Azərbaycan Respublikasi Qaçqınların və
    Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
    2005 design by TIDConsulting LTD ©2005