ana səhifə
SAYTDA AXTARIŞ
Saytda axtarışı həyata keçirmək ücün lazımi sözü yazıb axtar düyməsini basın.
QANUNVERİCİLİK
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
Azərbaycan Respublikasının Qanunu
ardı
 
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu
ardı
 
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlər haqqında

Sərəncamları
ardı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlər haqqında

Qərarları
ardı
 
AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN
MƏCBURI KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
azeri    english     russian 
tarixi məlumat problemlər qanunlar fotogalereya
haqqımızda layihələr və partnyorlar qaynar xətt
Kiminlə əməkdaşlıq edirik
Beynəlxalq humanitar və yerli təşkilatlar
  • Azərbaycan Respublikası Prezidentinin qayğısı
  • Beynəlxalq təşkilatlar
  • Dövlət sektoru və beynəlxalq təşkilatlar
  • Beynəlxalq humanitar və yerli təşkilatlar

    BMTQAK Azərbaycanda

    Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı özünün Azərbaycandakı Nümayəndəliyini 1992-ci ilin dekabr ayında, Azərbaycan hökumətinin müraciəti və BMT Baş katibinin təsdiqi ilə açılmışdır. Dağlıq Qarabağ münaqişəsinin doğurduğu minlərlə məcburi köçkünün kəskin ehtiyacına cavab olaraq BMTQAK təcili xilas əməliyyatına başladı. Bu müddət ərzində məcburi köçkünlərə, sığınacaq axtaran şəxslərə, qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə yardım, himayə və mümkün olan yerlərdə davamlı həll yollarını təqdim etməklə yanaşı, BMTQAK həmçinin Azərbaycan hökumətinə milli sığınacaq sisteminin yaradılmasına, vətəndaşlıq haqqında və vətəndaşsızlığın aradan qaldırılması ilə bağlı qanunvericiliyin təkminləşdirilməsinə yardım etmiş, QHT sektorunun inkişafını dəstəkləmiş və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə məsələyə birgə yanaşmaları gücləndirmişdir.

    Məcburi köçkünlərə yardım

    İlkin olaraq, BMTQAK fövqəladə hallarda yardımı təmin etmək üçün öz yardım səylərini məcburi köçkünlərin ən ümdə ehtiyaclarını ödəmək işinə cəmləşdirdi. 1995-ci ildən başlayaraq BMTQAK -ın fəaliyyətinin əsas istiqaməti ümumilikdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların ailələrinin yaşayış səviyəsini gəlir gətirən fəaliyyət növləri vasitəsilə inkişafına doğru dəyişdi. BMTQAK 39,600-dan çox insana (9,400 ailəyə) sığınacaq şəraiti verdi və ya bu şəraiti yaxşılaşdırdı. 1995 və 2001-ci illər arasında BMTQAK özünün icra edici partnyor təşkilatları vasitəsilə 11,800 insanı yerləşdirmək üçün 2,800-dən çox evin tikilməsini monitorinq etmişdir. Bundan başqa, 1996 və 1999-cu illər arasında BMTQAK Fizuli, Ağdam, Tərtər və Ağcabədi rayonlarında müharibədə dağılmış lakin gedilməsi mümkün olan ərazilərdə evlərinə qayıdan 12,200-ə qədər məcburi köçkün (2,900 ailə) üçün şəxsi evlərin bərpasına yardım göstərmişdir. Eyni zamanda, BMTQAK məcburi köçkünlər üçün əsas sanitar standartların, içməli suyun, təhsil şəraitinin və gəlir gətirmə imkanlarının yaradılması üçün yaxından cəhd göstərmişdir.

    Regionda məcburi köçkünlərlə işləyən digər təşkilatlarla Hökumət didərgin düşmüş əhali ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürmüş və onlardan bəziləri üçün yeni evlər tikmiş, 2002-ci ildən bəri BMTQAK diqqətini eyni zamanda şəhər ərazilərindəki yararsız və yaşayış üçün nəzərdə tutulmayan ictimai binalarda (keçmiş yataqxanalar, inzibati binalar, məktəblər və s.) yaşayan məcburi köçkünlərin şəraitlərinin yaxşılaşdırılmasına yönəltmişdir. BMTQAK-ın 2002 və 2003-cü illərə təsadüf edən İctimai Binaların Birləşmiş Reabilitasiyası (İBBR) layihəsi ildə 45,000-ə qədər məcburi köçkünün yaşadığı Sumqayıtda 10-15 belə binanın (2,500-dək insanın sığınacağı) bərpasına yönəlmişdir.

    Qaçqınların və sığınacaq axtaran şəxslərin himayəsi

    2000-ci ildən başlayaraq BMTQAK -ın proqramlarında qaçqınlar və üçüncü ölkələrdən gəlmiş sığınacaq axtaran şəxslərlə bağlı əsas fəaliyyətlərində prioritetlərin və diqqət mərkəzinin tədrici dəyişməsinin şahidi olmuşdur. Bu, həm son illərdə Əfqanıstan və Rusiya Federasiyasından olan çeçen milliyyətli bir neçə min sığınacaq axtaran şəxsin axınına cavab, həm də BMTQAK-ın üzləşdiyi ümumi maliyyələşmə vəziyyətindən doğan məcburiyyətdir.

    BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi tərəfindən qeydiyyata alınmış 3-cü ölkələrdən olan qaçqınların və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin sayı 2006-cı ilin iyul ayında 2800 nəfər olmuşdur.
    Hazırda isə bu kateqoriyadan olan 3053 nəfər BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyində qeydiyyatdadır. Onların 2255 nəfəri Rusiya Federasiyası vətəndaşları olan çeçenlər, 579 nəfəri əfqanlar və 219 nəfəri isə digər ölkələrdən olan şəxslərdir. Həmin şəxslərin problemləri hökumətlə əməkdaşlıq şəraitində həll edilir.

    BMTQAK-ın Azərbaycandakı Nümayəndəliyi əsas hüquqi yardıma ehtiyacı olan bütün sığınacaq axtaran şəxslərə və qaçqınlara bu yardımı göstərməyə, həmçinin bu şəxslərin arasında ən zəif və ən çox ehtiyacı olanlara həyati əhəmiyyətli (sığınacaq, yemək, tibbi qayğı və təhsil) yardım etməyə çalışır. Mümkün olan hallarda BMTQAK həmçinin yerli inteqrasiya, könüllü repatriasiya və üçüncü ölkəyə göndərilmə yolu ilə sığınacaq axtaran şəxslərin və qaçqınların problemlərinin davamlı həllini tapmaq üçün çalışır.

    Sığınacaq və miqrasiyanın idarə olunması sahələrinin inkişafi və təkminləşdirilməsi

    BMTQAK Azərbaycanda Hökumətə sığınacaq təsisatının və bu sahədə sərhəd nəzarətinin və vətəndaşlıq məsələlərinin effektiv və humanistcəsinə, beynəlxalq standartlara uyğun şəkildə idarə etmək qabiliyyətini inkişafı ilə bağlı yardım göstərməkdə davam edir. O, qaçqınlar və vətəndaşlıqla bağlı qanunvericiliyin hazırlanmasında iştirak etmiş və Qaçqın Statusunun Müəyyənləşdirilməsi Prosedurasının icrası üçün nəzərdə tutulmuş yeni hökumət strukturunun yaradılması və həmçinin sərhəd qoşunları və sərhədyanı rayonların hakimlərinə treyninq sesiyalarının keçirilməsi işinə cəlb olunmuşdur. BMTQAK -ın köməyi ilə Azərbaycan hökuməti tezliklə fəaliyyət göstərən milli sığınıcıq sistemini yaratmağa qadir olacaq ki, bu isə öz növbəsində ölkənin Qaçqınların statusuna daira 1951-ci il Konvensiyasını imzalayan tərəf kimi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi deməkdir.


    Azərbaycan Respublikasında fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən BMT-nin agentlikləri, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları haqqında MƏLUMAT

      yerli_beynalhalg.pdf (download, 156kb)


  • Kiminlə əməkdaşlıq edirik | Bizimlə necə əməkdaşlıq etmək olar | Bizim planlar
    Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
    Tel/fax: (99412) 430 09 21, 430 09 25
    Elektron ünvan: info@refugees-idps-committee.gov.az
    tarixi məlumat | problemlər | qanunlar | haqqımızda | layihələr və partnyorlar | qaynar xətt
    Azərbaycan Respublikasi Qaçqınların və
    Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
    2005 design by TIDConsulting LTD ©2005