ana səhifə
SAYTDA AXTARIŞ
Saytda axtarışı həyata keçirmək ücün lazımi sözü yazıb axtar düyməsini basın.
QANUNVERİCİLİK
Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında
Azərbaycan Respublikasının Qanunu
ardı
 
Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında

Azərbaycan Respublikasının Qanunu
ardı
 
Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlər haqqında

Sərəncamları
ardı
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlər haqqında

Qərarları
ardı
 
AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN
MƏCBURI KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
azeri    english     russian 
tarixi məlumat problemlər qanunlar fotogalereya
haqqımızda layihələr və partnyorlar qaynar xətt
Bizim planlar


"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılmış, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir.

Bu sahədə görülən iri miqyaslı işlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi hələ də çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında, yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində çox ağır şəraitdə yaşayır və bir sıra sosial problemlərlə üzləşirlər.

Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etmək məqsədilə qərara alıram:

1. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

3. Özəl müəssisələrin, ali və orta ixtisas təhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunsun ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün lazımi tədbirlər görsün;

- Dövlət Proqramının icra edilməsi ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikası Prezidentinə məlumat versin.

5.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikası Prezidenti

Bakı şəhəri, 01 iyul 2004-cü il
№298


Bərpa və Repatriasiya («Böyük Qayıdış») Proqramı
Məcburi köçkünlərin repatriasiyası

Dövlət Proqramında «Böyük Repatriasiya (Böyük Qayıdış) proqramı»nın Azərbaycan Hökuməti və beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları ilə birgə hazırlanması nəzərdə tutulmuşdur.

Bu, həm işğal olunmuş ərazilərə dəymiş ziyanın dəqiq hesablanmasına, həm ərazilər işğaldan azad ediləndən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlamağa imkan verəcək, həm də beynəlxalq maliyyə qurumlarında və təşkilatlarda tərtib olunmuş proqramın düzgünlüyünə inam yaradacaqdır.


Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
TƏDBİRLƏR PLANI

  dovlet_program.pdf (download, 102kb)


Kiminlə əməkdaşlıq edirik | Bizimlə necə əməkdaşlıq etmək olar | Bizim planlar
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 57
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugees-idps-committee.gov.az
tarixi məlumat | problemlər | qanunlar | haqqımızda | layihələr və partnyorlar | qaynar xətt
Azərbaycan Respublikasi Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
2005 design by TIDConsulting LTD ©2005