|
Hər bir insan izlənilməkdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və ondan istifadə etmək hüququna malikdir.
(14-cü bənd Ümumbəşər insan hüquqları deklarasiyası)
Nə qədər ki, dünyada müharibələr, təqib olunmalar, hüququ tapdalanmalar, dözümsüzlük və insanlığa laqeydlik mövcuddur, qaçqınlar və məcburi köçkünlər də mövcud olacaq. Bu insanlar müxtəlif irq və dinlərə mənsubdurlar. Onlara planetin hər bir küncündə rast gəlmək olar. Məcburi köçkünlər öz həyatlarını qorumaq və azadlıq naminə, qaçqınlar isə yad bir ölkədə qeyri-müəyyən gələcək üçün çox vaxt hər şeylərini – evlərini, mülklərini, ailələrini və vətənlərini atırlar. Onların acınacaqlı vəziyyəti müasir dövrün ən böyük faciələrindən biridir, onların müqəddəratı isə insan hüquqlarını müdafiə problemi kimi hər birimizi narahat etməlidir.
Qaçqınlar – bizdə ürək ağrısı yaradan insan kütləsidir. Onlar öz günahları olmadan XX əsrin çox böyük sarsıntılarının iştirakçıları olmuş bizim kimi insanlardır. Onların arasında həkimlər və hüquqşünaslar, müəllimlər və yük maşını sürücüləri, fermer və balıqçılar, analar, atalar və uşaqlar vardır. Albert Eynşteyn, Ziqmund Freyd, həmçinin İspaniyanın sabiq baş naziri Fшlip Qonsales, Portuqaliyanın prezidenti Mariu Soareş və Filippinin Prezidenti Korason Akino kimi insanlar da bu sıralara daxildir. Mixail Barışkin, Marlen Ditrix, Aleksandr Soljenitsın, Bertold Brext, Sun Yat-Sen, Rixard Vaqner, Viktor Hüqo, Cüzeppe Qaribaldi və Vladimir Nabokov kimi məşhurlar da qaçqın olublar. Əgər dünya onlara qarşı çevrilsəydi, necə olardı?
İldən-ilə bütün dünyada qaçqın və məcburi köçkünlərin axını artmaqdadır. 1950-ci ildə BMT QAK yarandığı vaxt onun mandatı 1 mln. qaçqınadək genişlənmişdi. Indi isə bu rəqəm 19 min nəfərdən artmışdır.
1951-ci ildə qaçqınların çoxu avropalılar idi. Bu gün üstünlüyü Asiya və Afrikadan olan qaçqınlar təşkil edir. Keçmişdən fərqli olaraq, bu gün qaçqınların axını ayrı-ayrı insanların şəxsində yox, kütləvi şəkildə müşahidə olunur. Qaçqınların 80%-ni qadınlar və uşaqlar təşkil edir. Kütləvi axının səbəbləri də müxtəlifdir. Onlara müharibələri, təbii fəlakətləri, ekoloji qəzaları və kasıbçılığı aid etmək olar.
Qaçqınlar problemi beynəlxalq cəmiyyətlərin bir-birindən asılılığına klassik nümunədir. Bu, bir ölkənin probleminin başqa bir ölkəyə bilavasitə təsirini açıq-aydın göstərir. Bundan əlavə, qaçqınlar problemi ilə insan hüquqlarına riayət arasında qarşılıqlı əlaqə mövcuddur.
Qaçqınlar, onlara sığınacaq verilməsi üçün müraciət etdikdən əvvəl və sonra, onların müraciətlərinə baxılma müddətində və istəklərinin təmin edilməsindən sonra belə riayət olunmalı hüquqlara malikdirlər. İnsan hüquqlarına riayət bu gün qaçqınların axınının qarşısını alınmasından əlavə, onlarla əlaqədar problemlərin həllində labüd şərtlərdən hesab olunur.
Qaçqınlar və məcburi köçkünlər kimi problemlər beynəlxalq cəmiyyətə çağırış olaraq qalır. Qaçqın və məcburi köçkünləri qəbul edən ölkə qabaqcadan onların müdafiəsini təmin və başqa millətin nümayəndələrinə qarşı dözümlü bir şərait yaratmaqda kömək etmək kimi öhdəlikləri yerinə yetirməli, qaçqınların və məcburi köçkünlərin yarandığı ölkə əhalisinin kütləvi axınının yaranması səbəblərinin qarşısını almağa borcludur.
Sığınacaq axtaranlar, qaçqınlar və başqaları haqqında BMT QAK-a məxsus göstəricilər – 1 yanvar 2004-cü il
|